Bayramqabağı bu ərzaqların qiyməti QALXACAQ – AÇIQLAMA

Bayramqabağı bu ərzaqların qiyməti QALXACAQ – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni ilə artıq sayılı günlər qalıb. Belə bir vaxtda insanları ən çox maraqlandıran məsələlərdən biri də qiymət artımı ilə bağlıdır. Əhalini narahat edən məlum məsələ ilə bağlı iqtisadçı- ekspert Günay Hüseynovanın fikirlərini öyrəndik.

Tribunainfo.az-a açıqlama verən iqtisadçı bildirib ki, Yeni il yaxınlaşdıqca Bayram əhval ruhiyyəsi yüksək olur insanlarda. Lakin qiymətlər o qədər də ürək açan deyil.

Ekspertin sözlərinə görə, daha öncəki illərdə Avropa və ya digər ölkələrə səyahət edəndə insanların ərzaq məhsulunu, tərəvəzi ədədlə, qramla alanda təəccüblü gəlirdi bizə. Axı biz Azərbaycan təfəkküründə insanıq, hərşeyi qutularla, kisələrlə, kilolarla almışıq.

“Ən kasıb insanın belə evində 1 kisə unu olub. İndi mağazada vitrinlərdə minimal qramlı nələrisə görmək olur. Bu da onu deməyə əsas verir ki, alıcılıq qabiliyyəti düşüb.(Satış strategiyasına əsasən minimal ölçüdə qablaşdırılanlar daha çox satılır.) Bayramqabağı və xüsusilə də Yeni ilin başlanğıcında əmək haqqı, təqaüdlərin artması ilə əlaqədar olaraq da süni qiymət artımını xüsusi vurğulamaq lazımdır.

Bayram abu havasına əsasən sahibkar da bilir ki, hamı istəyir süfrəsində hərşey olsun. Zəruri ehtiyac malları ilə yanaşı, digər məhsulların da qiyməti qaldırılır 30-%40. Məsələnin acınacaqlı tərəfi budur ki, Avropada , Amerikada Rusiyada həqiqi endirim olanda bizim bəzi işbazlar da endirim adı altında qiyməti qaldırır, cüzi endirim edir. Bu da oldu ,”Bayram Kompaniyası”. Bayram qabağı quş ətinin, qırmızı ətin, meyvə-tərəvəzin qiymətində artım daha çox gözlənilir. Nazirlik tərəfindən hər il Bayram qabağı şəhərin müxtəlif yerlərində yarmarkalar təşkil olunur. Bu il də gözləniləndir. Nəzərinizə çatdırım ki, alıcı ehtiyacların 100%-ni yarmarkalardan belə təşkil edə bilmir”.

Dəniz Pənahova