Hazırda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ Xarici İşlər Nazirləri Şurasının formatında keçirilən iclasda iştirak edir.
Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, Ceyhun Bayramovla Mirzoyanın Brüsseldə görüşü nəzərdə tutulmayıb.
“Müasir Ermənistanı, üzləşdiyimiz çağırışları, eləcə də imkanlarımızı və istəklərimizi təqdim etmək mənim üçün böyük şərəf və yaxşı fürsətdir. Bu, Aİ ilə münasibətlərimizin dərinləşdirilməsi, Ermənistanla Aİ arasında görülən işlər, eləcə də görüləcək işlər barədə fikirlərimizi səsləndirmək üçün çox yaxşı fürsətdir”, – deyə Mirzoyan açıqlama verib.