Bayram ərəfəsində rayona gedən sərnişinlərin sıxlığını nəzərə alaraq Azərbaycan Dəmir Yolları QSC gücləndirilmiş iş rejimində çalışacaq.
Bayram ərəfəsində rayona gedən sərnişinlərin sıxlığını nəzərə alaraq Azərbaycan Dəmir Yolları QSC gücləndirilmiş iş rejimində çalışacaq.
TİA.AZ Bu barədə azvision.az-a istinadən xəbər verir. Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. O qeyd edib ki, bayramda sərnişin sıxlığı olduğu üçün əlavə vaqonlar qoşulacaq.
“Hal-hazırda vaqonlar texniki baxışdan keçirilir, istilik sistemləri yoxlanılır, hazır vəziyyətə gətirilir. Bayram günlərində çalışacağıq ki, sıxlığı aradan qaldıraq, əlavə vaqonlar qoşaq. Sərnişin sıxlığını aradan qaldırmaq üçün 20-30-a qədər ehtiyat vaqonumuz var ki, bunları istifadə edəcəyik”.
N.Əzməmmədov qeyd edib ki, ən çox sıxlıq Qərb istiqamətində qeydə alınır: “Sərnişin daşıma deprtamenti bunu nəzərə alır, bu istiqamətdə əlavə vaqonlar daha çox olur. Qərb istiqamətində Qazax, Böyük Kəsikə, beynəlxalq istiqamətdə Tiflisə gedənlərin sayı çoxluq təşkil edir. Dekabrın 28-dən artıq sərnişinlər gəlməyə başlayır və bu bayramın sonuna qədər davam edir”.