backend

Bayram Səfərov: “Lapşindən ötrü Rusiya özünü “cırır””

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi bizim yaralı yerimizdir. Onların hər ikisi üçün Azərbaycan xalqının ürəyi yanır”. 

“Kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi bizim yaralı yerimizdir. Onların hər ikisi üçün Azərbaycan xalqının ürəyi yanır”.

 

TİA.AZ xəbər verir ki, bunu modern.az-a müsahibəsində Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib. O bildirib ki, prezidentin girovların geri qaytarılması ilə bağlı xüsusi tapşırığı var:

“Sadəcə, digər işlərdə olduğu kimi, Ermənistan hakimiyyəti girovlar məsələsində də haqsızlıq nümayiş etdirir. Güman edirəm ki, yaxın vaxtlarda girovların geri qaytarılması mümkün olacaq. Vicdanı olan azərbaycanlı girovlara görə yanmalıdır. Onlar bizim övladlarımızdır”.

“İcma rəhbəri olaraq, yenidən girovlar məsələsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmək niyyətiniz varmı” sualına B.Səfərov belə cavab verib: “Kimə müraciət edim?! Lapşinin adını çəkdiniz. Bəli, Lapşindən ötrü Rusiya özünü “cırır”. Amma Dilqəm Əsgərova görə bir iş görmür. Rusiya bir dəfə olsun, Dilqəmin dərdini çəkməyib. Bu, haqsızlıqdır. Bundan danışmaq lazımdır. İcmanın harasa müraciəti nəyi dəyişəcək?”