“Bayram namazında iştirak etmək istəyənlər səhər saat 8 radələrində məsciddə olurlar”.
Bu sözləri açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, QMİ-nin bununla bağlı əmri yoxdur:
“Bəziləri soruşurlər ki, bayram namazı nə zaman qılınacaq? Bununla bağlı hələ heç nə elan olunmayıb. Lakin adət üzrə hər il eyni vaxtlarda olur. Namazın hansı vaxta qılınacağı məscidlərin ixtiyarındadır. Bayram namazı bəzi məscidlərdə 08:00, 09:00, 09:30 radələrində qılına bilər. Hələ ki, fərq yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir”.
F.Nurullayev qeyd edib ki, məscidin imamları öz camaatına uyğun olaraq vaxtı təyin edə bilərlər:
“Yarım saat tez və ya gec fərqi yoxdur. Ciddi axtarışa ehtiyac yoxdur. Hələ ki, bizdə bununla bağlı məscidlərə qeyri-adi, yeni tapşırıqlar verilməyib. Ya həftəsonu, ya da bazar ertəsi günü deyiləcək. Məscidlərdən asılıdır. Camaata uyğun təyin edirlər. Konkret nə isə deyə bilmərəm”.
Qeyd edək ki, Ramazan ayı mart ayının 11-də başlayıb. Aprelin 10-11-də Ramazan bayramı qeyd olunacaq. Bayram namazı aprelin 10-da qılınacaq.