Bayram tətilinin ilk günlərində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd edilib.
Bildirilib ki, bayram tətilinin ilk günlərində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticələrə səbəb olan qəzalar qeydə alınmayıb: “Bununla belə, son iki gündə baş verən 12 yol-nəqliyyat hadisəsinin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması ilə bağlı olub və əsasən avtomagistrallarla yanaşı, turizm və istirahət bölgələrində qeydə alınıb.