backend

Bayram gəlməmiş bahalaşma başladı: qoz ləpəsi 28 , fındıq ləpəsi 20 AZN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayram süfrəsini çərəzlə bəzəmək istəyənlər indidən bazarlara üz tutublar.  Bayram süfrəsini çərəzlə bəzəmək istəyənlər indidən bazarlara üz tutublar. 

TİA.AZ məlumat verir ki, insanlar bayrama yaxın qiymətlərin artacağından narahat olduqlarından alış-verişə başlayıblar.

Vitrinlər bir-birindən fərqli çərəzlərlə dolub. Hərəsinin isə öz qiyməti var. Məsələn, Zaqatala, Xaçmaz və Qazaxdan gələn qabıqlı fındığın 1 kq-nın qiyməti 7-8 manat olduğu halda, ləpəsi 15-20 manata satılır. Qabıqlı qoz maksimum 13 manata satıldığı halda, ləpəsinin qiyməti 15-28 manat arasında dəyişir.

Kiloqramı 12 manata olan quru badam, 9 manata satılan alma qurusu, 14 manata turş gilas və çiyələk qurusuna da maraq böyükdür.

Kişmişin kiloqramı 6-10, qaysı 14-16, Albuxara 7, gavalı 12, alça 9 manata təklif  olunur.  Satıcılar bayrama yaxın qiymətlərin artacağını istisna etmirlər.

Satıcılar Novruz bayramı üçün xarab olmayan ərzaqların indidən tədarükünü məsləhət görürlər.