Bayraktar polkovnikə qarşı iddia qaldırdıbackend

Bayraktar polkovnikə qarşı iddia qaldırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səlcuq Bayraktar qatıldığı televiziya proqramında verdiyi ifadələrə görə təqaüdçü qərargah polkovniki Ümit Yalıma qarşı 500 min TL təzminat iddiası qaldırıb.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən bildirir ki, Yalım, “Bu iş məni qorxutmaq üçün açılıb, amma qorxmayacağam” deyib.

Səlcuq Bayraktar və BAYKAR şirkəti Milli Müdafiə Nazirliyinin keçmiş baş katibi, istefada olan Baş Qərargah polkovniki Ümit Yalıma qarşı 500 min TL təzminat iddiası qaldırıb.

Milli Müdafiə Nazirliyinin keçmiş baş katibi, ehtiyatda olan Baş Qərargah polkovniki Ümit Yalım qatıldığı canlı yayımda “Xüsusən də ictimai rəyə baxdığımızda hər zaman müdafiə sənayesi yoxmuş kimi bir idarəçilik anlayışı var. AKP və Tayyib Ərdoğan gəlməmişdən əvvəl də var idi, xüsusən də İHA-lar”. “İlk milli İHA-ların BAYKAR şirkəti tərəfindən edildiyi iddiası doğru deyil. (TUSAŞ) təəssüf ki, yalan məlumat verərək ictimaiyyəti yanıltdı”.

Yalımın açıqlamalarından sonra Selçuk Bayraktar və BAYKAR şirkəti Yalıma qarşı ümumilikdə 500 min TL təzminat iddiası qaldırıb. İşin ilk iclası İstanbul Çağlayan Ədliyyəsi 17-ci Asliye Məhkəməsində keçirilib.