Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhrəmanı, 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Riad Əhmədovla vida mərasimi keçirilib.
Tribunainfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, vida mərasimindən sonra 31 il sonra nəşinin qalıqları tapılan R.Əhmədov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidimizin tabutuna bükülmüş Dövlət bayrağı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tərəfindən Riad Əhmədovun xanımına təqdim olunub.
Həmin anın videosunu təqdim edirik: