BakıdaBayıl yamacında sürüşmə baş verib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovməlumat verib.
Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşlarısürüşmə ərazisinəyollanıb: “Əlavə məlumat veriləcək”.
Yerli sakinlərAPA-ya bildirblər ki, sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.