Həkimlərin müayinəsindən sonra futbolçunun zədəsinin o qədər də ciddi olmadığı müəyyənləşib.
Bunu “Report”a açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınan “Qəbələ” ilə səfər matçında zədələnən Olavio Juninyonun durumu barədə danışarkən deyib.
“Sabah komandanın istirahət günüdür. O, “Neftçi” ilə oyuna qədər həkim nəzarətində olacaq. Həmin görüşdə iştirak edib-etməyəcəyi bir gün əvvəl məşq prosesində bilinəcək”, – A.Hacıyev vurğulayıb.
Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə bitib. Juninyo ilk hissənin sonlarına yaxın zədələndiyi üçün əvəzlənib.
“Köhlən atlar” XXV turda “Neftçi”nin qonağı olacaq. Martın 3-dəki matç saat 19:00-da başlayacaq.