Baydenlə təmasdan sonra virusa yoluxdu

Baydenlə təmasdan sonra virusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin əri Duqlas Emhoff testdən iki gün əvvəl ABŞ prezidenti Co Baydenlə ictimaiyyət qarşısında təmasda olduqdan sonra koronavirus infeksiyasına yoluxub.
Tribunainfo.az Politico-ya istinadən xəbər verir ki, vitse-prezident Harrisin ofisi Emhoffda COVID-19 simptomlarının olduğunu, buna görə də testlərdən keçdiyini bildirdi.

O da məlum olub ki, prezident Baydenin şəxsi həkimi Kevin O’Konnor bu ilin yanvarında Ağ Evin klinikasında Parkinson xəstəliyi üzrə ən məşhur mütəxəssislərdən biri Kevin Kanarda ilə görüşüb.
“Politico” həmçinin yazır ki, Trampla teledebatdan iki gün əvvəl Bayden şiddətli soyuqdəymə keçirib və onun danışması belə çətin olub. Hətta debatdan əvvəl iki məşq keçirib, sonra bir neçə saat dincəlib.