Fələstinin radikal HƏMAS hərəkatının hərbi lideri Yəhya Sinvarın vaxtına az qalıb. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib. Tribunainfo.az ehtimal edir ki, HƏMAS lideri iranlı general, “Qüds” qanadının rəhbəri Qasim Süleymani kimi fiziki olaraq aradan götürüləcək. “Sinvarın əlində amerikalıların qanı var. Oktyabrın 7-də 38 amerikalı öldürüldü və o, hələ də bir sıra amerikalıları girov saxlayır. Beləliklə, nə qədər vaxt aparsa da, Sinvar üçün ədalət öz yerini tapacaq” – Sallivan belə deyib. Amerika dövləti onun əsgərini öldürənin əsl bağışlamır. Bura qədər isə Usama bin Laden, Qasim Süleymani kimi ABŞ tərəfindən terrorçu elan edilmiş liderlər öldürülüb. Bu baxımdan Sanvarın da öldürüləcəyi gözləniləndir. Bayden də anons edib ki, HƏMAS bitirilənə qədər İsrailə silah veriləcək. Deməli, HƏMAS əl-Qaidə taleyi yaşayacaq.