Baydenin qızı ərindən boşanır

Baydenin qızı ərindən boşanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Co Baydenin 44 yaşlı qızı Eşli Bayden 13 illik evliliyindən sonra əri, plastik cərrah Hovard Kreynlə boşanmaq üçün rəsmi sənəd təqdim edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə NYP-nin məlumatında bildirilib.

Məlumata görə, ərizə bazar ertəsi Filadelfiya məhkəməsinə verilib.

Boşanma səbəbləri hələlik məlum deyil.

Eşli və Hovard 2012-ci ilin iyununda mərhum böyük qardaşı Beau Baydenin onları bir-biri ilə tanış etməsindən iki il sonra Delaver ştatının Greenville şəhərində evləniblər. Hovard o zaman vitse-prezident olan Co Baydendən xeyir-dua aldıqdan sonra Kaliforniya ştatının Big Sur şəhərindəevlilik təklifi edib.

Toy Eşlinin özünün vəftiz olunduğu . Müqəddəs İosif kilsəsində 200-ə yaxın qonağın gözü qarşısında baş tutub.

59 yaşlı Hovard Kreyn Filadelfiyadakı Tomas Cefferson Tibb Mərkəzində otolarinqoloq və plastik cərrah kimi çalışır.

Cütlük Filadelfiyada yaşayırdı, onlarınm ortaq uşaqları yoxdur.