BAYDENİN HƏYAT YOLDAŞI KORONAVİRUSA YOLUXDUbackend

BAYDENİN HƏYAT YOLDAŞI KORONAVİRUSA YOLUXDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden koronavirusa yoluxub.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada 72 yaşlı birinci xanımın Covid-19 testinin müsbət olduğu bildirilib.

Ağ Evdən verilən açıqlamada yüngül simptomlar göstərən Cill Baydenin Delaverdəki evində dincəldiyi və 80 yaşlı ABŞ prezidenti Baydenin test nəticəsinin mənfi olduğu bildirilib.

Açıqlamada ABŞ prezidentinin səhhətinin yaxından izlənildiyi və həftənin qalan hissəsində mütəmadi olaraq testlərin aparılacağı qeyd edilib.