ABŞ Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Fərman imzalayıb.
Bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir ki, söhbət 21 fevral 2022-ci ildə hazırkı administrasiya, 20 sentyabr 2018-ci ildə Donald Tramp administrasiyası və 6 mart, 16 mart tarixlərində ABŞ-nin 44-cü prezidenti Barak Obama administrasiyasının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən gedir.
Sənədə əsasən bu sanksiyalar 6 mart 2024-cü ildən sonra daha bir il qüvvədə qalacaq.
“Milli Fövqəladə Hallar Aktının bir hissəsinə uyğun olaraq, Rusiyaya qarşı sanksiyaları bir il daha davam etdirirəm”, – Co Baydenin Fərmanında deyilir.