ABŞ prezidenti Co Bayden Ukrayna silahlı qüvvələrinin maliyyələşdirilməsindən danışaraq, Ukrayna və NATO-nu çaşdırıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Fox News yazır.
“Ukraynadan çıxacağımız ideyası, NATO-nun dağılmasına imkan verəcəyimiz ideyası tamamilə Amerika Birləşmiş Ştatlarının maraqlarına ziddir. Beləliklə, Konqresin NATO-nun maliyyələşdirilməsi haqqında qanun qəbul etdiyinə əmin olmağın vaxtı çatıb”, – Amerika lideri bildirib.
Bu açıqlamaya cavab olaraq Respublikaçı Milli Komitə X sosial şəbəkəsinin mikrobloqunda Ukraynanın, eləcə də İsrail və Tayvan kimi NATO-nun üzvü olmadığını qeyd edib.