BAYDEN ÜÇ ÖLKƏYƏ SƏYAHƏT EDƏCƏK

BAYDEN ÜÇ ÖLKƏYƏ SƏYAHƏT EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin Böyük Britaniya, Litva və Finlandiyaya səfər edəcəyi açıqlanıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jen-Pierr yazılı açıqlamada “Prezident Baydenin 9-13 iyul tarixlərində İngiltərə, Litva və Finlandiyaya səfəri planlaşdırılır” deyib.

Açıqlamada onun Çarlz və baş nazir Rişi Sunakla görüşəcəyi, daha sonra NATO-nun 74-cü Sammitində iştirak etmək üçün Litvanın paytaxtı Vilnüsə gedəcəyi bildirilib.

Bəyanatda ABŞ prezidentinin iyulun 13-də keçiriləcək ABŞ-Skandinaviya Liderləri Sammitində iştirak etmək üçün Finlandiyanın Helsinki şəhərinə səfər edəcəyi bildirilib.