ABŞ Prezidenti Cozef Baydenin Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə bu il göndərdiyi təbrik məktubunun mətni ilə ötənilki məktubun mətnini müqayisə etdim. Bayden ötənilki sərgiylə bağlı İlham Əliyevə göndərdiyi məktubda diqqəti daha çox enerji əməkdaşlığına və enerjinin dünya bazarlarına çatdırılması imkanlarına yönətlmişdi. Ağ Ev sahibi builki məktubunda yenə enerji əməkdaşlığa barədə cümlələr yazsa da, diqqəti bölgədə sülhün əldə olunmasına yönəldib.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən politoloq Elxan Şahinoğlu bildirib ki, görünür, Bayden üçün təbrik məktubunu hazırlayan müşavirlər özləri üçün Azərbaycanla Ermənistanın sülhə yaxınlaşdığını müəyyənləşdiriblər:
““Uzunmüddətli sülh sazişi illərlə davam edən münaqişələrə son qoyacaq, Cənubi Qafqazı dəyişdirəcək. Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək” yazan Bayden ABŞ-ın bu cəhdi dəstəkləməyə hazır olduğunu bildirib.
Məktubdan da göründüyü kimi, Ağ Ev Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zamanda imzalanmasında maraqlıdır və bu zaman vasitəçilik təklifi ilə çıxış etmir. Vaşinqtonun mövqeyi təxminən belədir: “Bakı və İrəvan sülh sazişini imzaladığı, regional əməkdaşlığa başladığı andan Azərbaycanın bölgədə liderliyini qəbul edəcəyik”.
Nigar