ABŞ prezidenti Co Bayden ukraynalı pilotların Avropa ölkələrində F-16 qırıcılarını idarə etmək üçün təlim keçməsini təsdiqləyib.
Tribunainfo.az xəbər verir ki, bu barədə CNN-ə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan məlumat verib.
Qeyd edək ki, Danimarka, Hollandiya, Belçika, Kanada, Lüksemburq, Norveç, Polşa, Portuqaliya, Rumıniya, İsveç və Böyük Britaniya Vilnüs sammitində ukraynalı pilotların hazırlanması üçün koalisiya yaratdıqlarını elan ediblər.