Bayden gedərayaq Ukraynaya ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirməyə icazə verib. Bu raketlərin atəş məsafəsi 300 km-dir. Britaniya və Fransa da Storm Shadow/SCALP raketləri ilə bağlı analoji icazəni verməyə hazır idi və ABŞ-ın qərarını gözləyirdi.
Tribunainfo.az xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli bildirib ki, Ukrayna hərbi sənayesi də hazırda müxtəlif tip raketlərin (1000 km-ə qədər mənzili olan) sınaqlarını davam etdirir. Lakin bunların seriya istehsalı üçün müəyyən vaxt lazımdır:
“Ukraynanın bədbəxtliyi budur ki, vaxtilə dünyanın ən güclü hərbi sənayelərindən birinə malik ölkədə müstəqillik dövründə Rusiya agenturası tərəfindən bu potensialın şüurlu şəkildə məhvi siyasəti aparılıb. (Rusiyanın adamı olmayan korrupsioner siyasətçilərin də bu məsələdə rolu az olmayıb). Eyni dövrdə Rusiya və Qərb birlikdə Ukraynanı faktiki olaraq tərksilah ediblər. Ukraynaya hazırkı hücum Rusiya tərəfindən SSRİ-nin dağılmasından bəri addım-addım hazırlanıb”.
Roman