BAYDEN: PUTİN NATO-NU PARÇALAMAQ İSTƏYİR

BAYDEN: PUTİN NATO-NU PARÇALAMAQ İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO zirvəsindən sonra açıqlama verən ABŞ prezidenti Bayden, “Putin uğurun yolunu NATO-nu parçalamaqda görür. Bu baş verməyəcək” deyib.

Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitindən sonra öz Twitter hesabında açıqlama verib.

NATO-nun baş katibi Yens Stoltenberqin mandatının bir il uzadıldığını xatırladan Bayden, “Bu kritik zamanda birləşmiş NATO-ya rəhbərlik etmək üçün heç kim Baş katib Stoltenberqdən daha yaxşı ola bilməz” deyib.