Bayden Orbanı diktaturaya can atmaqda ittiham edib

Bayden Orbanı diktaturaya can atmaqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Macarıstanın Baş naziri Viktor Orbanı diktaturaya can atmaqda ittiham edib.

Ağ Ev rəhbəri ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşünü şərh edərkən macar siyasətçi haqqında danışıb:

“Bu gün onun Mar-a-Laqoda kiminlə görüşdüyünü bilirsinizmi? Demokratiyanın işlədiyinə inanmadığını birbaşa deyən, NATO-nun yeganə üzvü kimi diktaturaya nail olmağa can atan macarıstanlı Orbanla”, – deyə Bayden bildirib.

Orban və Tramp arasında görüş Amerikanın keçmiş lideri Mar-a-Laqonun Floridadakı malikanəsində baş tutub.

Qeyd edək ki, Viktor Orban bir müddət əvvəl Ukraynadakı münaqişəni dayandırmağa qadir olan şəxsin Donald Tramp olduğu fikrini bildirmişdi.