BAYDEN NETANYAHUYA XƏBƏRDARLIQ ETDİ

BAYDEN NETANYAHUYA XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya “İsrailin müharibə qaydalarına uyğun hərəkət etməsinin həqiqətən də vacibdir” deyə xəbərdarlıq edib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Bayden ABŞ-da yaşayan yəhudi icması liderləri ilə Ağ Evdə keçirilən görüşdən əvvəl açıqlamalar verib.

“Mən iddia edirəm ki, bu, Holokostdan sonra yəhudilər üçün ən ölümcül gündür”, o, Həmasın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən həftə sonu həyata keçirilən hücumları şərh edib.

Bayden İsrailə hərbi dəstəyi artırdıqlarını və Dəmir Qübbəni doldurmaq üçün Şərqi Aralıq dənizinə sursat göndərdiklərini qeyd edib.