Bayden Netanyahuya söyüş söydü – İDDİAbackend

Bayden Netanyahuya söyüş söydü – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politico-nun ABŞ-da nəşr olunan köşə yazısında ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Binyamin Netanyahunu söydüyü iddia edilib.

Tribunainfo.az xəbər verir ki, Conatan Martinin Baydenin noyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı strategiyalarından bəhs edən məqaləsində İsrail -Həmas müharibəsinin təsirləri də yer alıb.

Prezident Co Baydenin də administrasiyasındakı hər kəs və Demokratik partiya üzvlərinin əksəriyyəti kimi Benyamin Netanyahudan şübhələndiyi və şəxsi görüşlərdə Netanyahuya “pis adam” kimi söydüyü iddia edildi.

Məqalədə Baydenin Netanyahunun ABŞ-ı bütün regiona yayılacaq müharibəyə sürükləmək istəməsindən narahat olduğu bildirilib.

Digər tərəfdən, Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts iddiaları təkzib edib. Baydenin belə bir ifadə işlətmədiyini və bundan heç vaxt istifadə etməyəcəyini ifadə edən Bates, iki lider arasında həm açıq, həm də özəl olaraq onilliklər əvvəlinə dayanan hörmətli bir əlaqənin olduğunu söylədi.

Dəniz Pənahova