Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Co Baydenin narkotik maddələrin dövriyyəsinə görə məhkum olunmuş 2500 cinayətkarın cəzalarını yüngülləşdirib.Tribunainfo.az xarici mediaya istinadla xəbər verir ki, Ağ Evin saytında dərc edilən rəsmi bəyanatda vurğulanır ki, tədbir müasir standartlarda nəzərdə tutulan cəzalarla müqayisədə həddindən artıq uzunmüddəti cəza almış şəxslərə şamil edilir.
Söhbət beş qram kraker və 500 qram toz kokain saxlamağa görə cəzalardakı fərqi aradan qaldıran islahatlardan gedir. Bayden administrasiyasının təşəbbüsləri sayəsində bu hökm fərqləri aradan qaldırılıb, nəticədə minlərlə məhbus üçün cəzalar qısaldılıb.
Bayden həmçinin qeyd edib ki, bu qərar onu ABŞ tarixində hər hansı digər dövlət başçısından daha çox fərdi əfv və güzəştlər edən prezident edib.