ABŞ-nin keçmiş Prezidenti Co Bayden onkoloji xəstəliyi üçün təyin edilən dərmanları qəbul etməyə başlayıb.
Bayden bu barədə Delaver ştatında tədbir zamanı danışıb.
Onun sözlərinə görə, hazırda cərrahla işləyir: “Proqnoz yaxşıdır, hər şey üzərində çalışırıq. Hər şey irəli doğru gedir və özümü yaxşı hiss edirəm. Bütün insanlar çox optimist ruhdadırlar”.
Bayden əlavə edib ki, müalicə 6 həftə ərzində konkret bir dərmanın qəbulunu nəzərdə tutur, daha sonra isə başqa dərman qəbul etməyə başlayacaq.
Xatırladaq ki, bir müddət əvvəl 82 yaşlı Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub. /“Qafqazinfo”