Bayden İranla müharibəyə gedəcəkmi? BƏYANATbackend

Bayden İranla müharibəyə gedəcəkmi? BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan İordaniyada ABŞ qüvvələrinə 3 ABŞ əsgərinin ölümü ilə nəticələnən hücuma cavab olaraq Vaşinqtonun İrana zərbələr endirməyi planlaşdırıb-planlaşdırmayacağı ilə bağlı sualları birbaşa cavablandırmayıb.

Tribunainfo.az xəbər verir ki, Sullivan CNN telekanalında ABŞ-ın Yaxın Şərqdə “daha ​​çox tədbir görəcəyini” söylədikdən sonra ondan İrana qarşı da daxil olmaqla, zərbədən söhbət olub-olmadığını soruşdular.

“Mən heç bir yerdə bizim hərəkətlərimizi təsdiqləmək və ya təkzib etmək niyyətində deyiləm. Sadəcə onu deyə bilərəm ki, prezident lazım bildiyini edəcək. Xüsusilə qeyd edim ki, o, bizim qüvvələrimizi qorumaq niyyətindədir və müharibə etmək niyyətində deyil”, – deyə Baydenin köməkçisi cavab verib.

Sallivanın sözlərinə görə, İranın dəstəklədiyi qrupların Amerika qüvvələrinə hücumlarını davam etdirməsi təhlükəsi həmişə var.

“Biz belə hallara hazırıq. Prezidentin əsas məqsədi budur ki, əgər biz yeni hücumlar görsək, siz onlara qarşı yeni cavablar görəcəksiniz”.