ABŞ prezidenti Bayden Vyetnam lideri ilə görüşü ilə bağlı paylaşımında başqa bir siyasətçinin fotosunu paylaşıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, “New York Post”un məlumatına görə, ABŞ prezidenti Co Bayden Vyetnam lideri Vo Van Thuongla görüşü ilə bağlı sosial mediamedia, X platformasında (keçmiş Twitter) hesabında yazısında başqa bir vyetnamlı siyasətçinin fotosundan istifadə edib.
Yazıda deyilirdi: “Prezident Vo Van Thuong, belə məhsuldar görüş üçün təşəkkür edirik. “Bu tərəfdaşlıq xalqımızın potensialını və onunla birlikdə bir sıra inanılmaz imkanları açmaq məqsədi daşıyır”.
Baydenin Vyetnam Milli Assambleyasının spikeri Vuong Dinh Hue ilə təbrik şəklinin yer aldığı səhv yazı daha sonra silinib.