Ağ Ev 804 min nəfərin ümumi məbləği 39 milyard dollar olan tələbə borcunu bağışlamaq qərarına gəlib.
Tribunainfo.az xəbər verir ki, bu barədə ABŞ Təhsil Nazirliyinin ötən gün yaydığı məlumatda deyilib.
“Bu gün ABŞ Təhsil Departamenti 804 mindən çox borcalana bildiriş göndərməyə başlayacaq ki, ümumi məbləği 39 milyard dollar olan federal tələbə kreditləri yaxın həftələrdə avtomatik silinəcək. Gözlənilən silinmələr (ABŞ Prezidenti Co Bayden) Bayden və (ABŞ vitse-prezidenti Kamala Harris) Harrisin administrasiyaları tərəfindən bütün borcalanların aylıq ödənişlərinin düzgün məbləğinin qeydə alınmasını təmin etmək üçün edilən düzəlişlərin nəticəsidir”, – məlumatda bildirilib.
Nazirlik izah edib ki, bu tədbir ABŞ administrasiyasının 2022-ci ilin aprelində elan etdiyi planın bir hissəsidir. Borcalan 20 və ya 25 ilə bərabər olan 240 və ya 300 aylıq ödəniş etmişsə, kreditin silinməsi hüququ qazanır. Tələb olunan faiz dərəcəsi kreditin verildiyi şərtlərdən asılıdır. Ödənişlərin uçotunda yol verilmiş səhvlərə görə proqramın şərtlərini yerinə yetirən bir çox amerikalılar vəd edilmiş borcdan azad olunmayıb.