Baxmutdakı son durum açıqlanıb: Ukrayna qoşunları cinahlarda irəliləyirbackend

Baxmutdakı son durum açıqlanıb: Ukrayna qoşunları cinahlarda irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələri Baxmutun şimal və cənubunda bir qədər irəliləyib.
Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Rusiya ordusunun Baxmut istiqamətində hücum aktivliyi azalıb: “Qızğın döyüşlər davam edir. Düşmən sərfəli mövqeləri tutmağa çalışsa da, buna nail olmur. Qarşı tərəf ciddi itkilər verir”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi və “Vaqner” muzdlu hərbi təşkilatı daha əvvəl Baxmutu tamamilə nəzarətə götürdüyünü iddia etmişdi. Rəsmi Kiyev isə bu məlumatı təkzib etmişdi.
Xatırladaq ki, 8 aydan çoxdur şəhərdə gərgin döyüşlər gedir.