Baxçalıdan Gülə məsləhət: “Sağ”ın, “sol”un fitvasına uyma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MHP lideri Dövlət Baxçalı Türkiyədə qarşıdan gələn 2019-cu il prezident seçkilərinə qatılmayacağını bildirib.

Oxu.Az xəbər verir ki, Ankarada media təmsilçilərinin suallarını cavablandıran MHP lideri  prezidentlik seçimində partiyasının namizəd irəli sürməyəcəyini açıqlayıb.

“Seçkilərdə MHP lideri namizəd olmayacaq. MHP – olarsa, ittifaqla, olmazsa, özü müstəqil şəkildə parlament  seçkilərinə girər. Prezident seçkilərində də Rəcəb Tayyib Ərdoğanı dəstəkləmə qərarı ala bilər”, – deyə o bildirib.

Baxçalı sabiq prezident Abdullah Gülün yenidən prezidentliyə namizədliyi ilə bağlı məsələyə belə cavab verib:

“Hörmətli Abdullah Gül AKP içində özəl və önəmli yeri olan bir şəxsiyyətdir. Rəcəb Tayyib Ərdoğan və AKP qurucuları ilə önəmli birgə fəaliyyətləri olub, prezident olub. Bugünkü  mənzərədə də hər hansı bir əngəlləyici yanlışı yaşamamasında fayda var. Yəni, onun  “prezidentliyə namizədəm”, – deyə ortaya çıxması izah edilə biləcək bir hal deyil. “Sağ”ın, “sol”un fitvasına uymamalıdır”.