“Qalatasaray” “Bavariya”nın yarımmüdafiəçisi Marsel Sabitzer üçün hərəkətə keçib.
Bu barədə “Fanatik” məlumat yayıb. “Sarı-qırmızılar Münhen təmsilçisinin heyətində düşünmədiyi avstriyalı oyunçunun transferinə hazırlaşır. Türkiyə klubu “Bavariya”ya rəsmi təklif göndərib.
“Qalatasaray” 20 milyon avro dəyəri olan futbolçunu birbaşa satın almaq şərti ilə icarəyə götürmək istəyir. “Bavariya” bu təklifə razı olmasa, “Cim-Bom”un birbaşa transfer təklifi göndərəcəyi də bildirilir.
Qeyd edək ki, Sabitzerin “Bavariya” ilə sözləşməsinin müddəti 2025-ci ildə başa çatacaq.