Batumidəki yanğında 12 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Batumidəki “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb
 

Batumidəki “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb.

Bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya deyib. Qeyd olunub ki, yanğında 10 Gürcüstan, 1 İran vətəndaşı və 1 yağınsöndürən ölüb. Onun sözlərinə görə, xəsarət alan 21 nəfərdən 5-i Türkiyə, 1-i isə İsrail vətəndaşıdır.

Yanğının mərkəzi hoteldəki spa-salon olub. Belə ki, yanğın nəticəsində yeganə dəhliz və pilləkən tüstülənib və insanlar 7-ci mərtəbədə qalıblar. Gürcüstanın baş naziri Georgi Kvirikaşvili də Batumiyə gələrək hadisə ilə yerində tanış olub. Faktla bağlı cinayət işi başlanılıb.