Ermənistan müxalifəti aksiyaları bərpa etməyə hazırlaşdığını bəyan edib. Tribunainfo.az xəbər verir ki, dünən bununla əlaqədar Keşiş Baqrat Dəmirçiyan İdman Kompleksində tədbir keçirib.
Lakin tədbirə qatılanların sayı həddindən artıq az olub. Bu da Ermənistan hökumətinin diqqətindən yayınmayıb. Tribunainfo.az xəbər verir ki, Ermənistan Baş Naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan Baratı və tərəfdarlarını ələ salıb. O yazıb ki, aylardır toplanışa hazırlaşan müxalifətin sıraları həmişə olduğu kimi yarıboşdur. “Toplantıya adam da gətirə bilmirlər, amma Qarabağa qaytarmaqdan dəm vururlar. Əsas odur ki, pafosla insanları aldada bilirlər. Qalanları isə heç vaxt onları maraqlandırmır”.