Ermənistan hərbçisinin ağır yaralandığı iddia edilir. Dezinformasiya deyilsə, yəqin ki, söhbət Azərbaycan Respublikası Silahlı Qüvvələrinin erməni təxribatlarına qarşı cavab tədbirlərindən gedir. Bu haqda Caliber.az xəbər yayıb. Bir neçə gündür ki, düşmən sərhəddə atəş açır. Ötən gün Kəlbəcər və Naxçıvana atəşə tutulub. Görünür ki, Ordumuz adekvat cavab tədbirləri görəndə erməni təxribatçı yaralanıb.
Tribunainfo.az yazır ki, Ermənistan yenidən gərginliyi artırır, hərbi eskalasiyanı genişləndirməyə çalışır. Analitik şöbəmiz qeyd edir ki, məqsəd sülh prosesinə zərbə vurmaqdır. Bu da Rusiya üçün keçərlidir.
Bəs Ermənistan Laçın yolunun yaxınlığına niyə hərbi texnika cəmləşdirib? Aydındır ki, Ermənistan ordusunun Azərbaycana hücum edəcəyi halı yoxdur, təxribata cavabın onlara baha başa gələcəyini anlamamış deyillər. İrəvan yola yaxın əraziyə hərbi texnika cəmləşdirməklə sadəcə əzələ nümayişi həyata keçirdiyini düşünür, ancaq bunun onların özləri üçün əks-effekti olacaq. Bu sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşməsi prosesini ləngidəcək. Biz bu ikisi olmadan da keçinərik, əsas Qarabağın tamamını nəzarətə almağımızdır.