BAŞLANDI! RUSİYA PAŞİNYANIN BOĞAZINA İLGƏYİ KEÇİRDİ, TƏK XİLAS YOLU…

BAŞLANDI! RUSİYA PAŞİNYANIN BOĞAZINA İLGƏYİ KEÇİRDİ, TƏK XİLAS YOLU…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yuxarı Lars” keçid məntəqəsində təxminən 2,5 min yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir. Bu barədə “Şimali Osetiya nəqliyyatı idarəetmə mərkəzi”nin saytında məlumat yayılıb. Tribunainfo.az bildirir ki, əksəriyyəti erməni yük maşınlarıdır. Hava şəraiti ilə əlaqədar yol bağlanıb. Amma analitiklər səbəbi siyasi qərarda axtarır. Erməni maşınları Rusiyaya buraxılmır və fitosanitar qaydaların pozulması əsas göstərilib geri qaytarılır. Rusiya Ermənistan hökumətini cəzalandırmaq üçün yeganə quru yolu bağlayaraq mallarına embarqo qoyub. Bu idxal qadağası ermənilərə ciddi zərər vurur. Rusiya Paşinyana nümayiş etdirir ki, bir sərhədlik canı var və onu bağlamaqla nəfəsini kəsə bilər. Ermənistan Nazirlər Kabineti aparat rəhbəri ötən həftə eyham vurub ki, alternativlər olmalıdır. İrəvan Bakı və Ankara ilə əlaqələri düzəltməsə, bu cür əngəllər onu çətinə salacaq. “Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasına görə Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər. Bunu gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya deyib.
“Onun üçün Ermənistan tərəfi mütləq sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə yaranmış vəziyyət onun sonunu gətirəcək”, – ekspert vurğulayıb.
Onun sözlərinə görə, sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq.