BAŞLANDI! ERMƏNİ SİLAHLI TÖR-TÖKÜNTÜLƏRİ DƏ ÇIXARILACAQ – BİR GÖRÜŞÜN PƏRDƏARXASI…backend

BAŞLANDI! ERMƏNİ SİLAHLI TÖR-TÖKÜNTÜLƏRİ DƏ ÇIXARILACAQ – BİR GÖRÜŞÜN PƏRDƏARXASI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan nümayəndələri Xocalıda erməni icması arasında ikinci növbəti görüş keçirilib. Bu görüş Rusiya sülhməramlı qüvvələrinin birbaşa iştirakı ilə baş tutub. Ötən gün qondarma rejimin rəhbəri Arayik Aratunyan müsbət irəliləyişin olduğunu vurğulamışdı.

Tribunainfo.az yazır ki, bu sözləri Xocalıda erməni icması ilə baş tutan görüş barədə danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, ötən həfətə də belə bir görüş keçirilib:

“Rusiyanın R. Vardanyan planı fiaskoya uğradı. Azərbaycanın məhz tələbi idi ki, erməni icması ilə təmaslarını qursun. Çünki oradakı ermənilərin reinteqrasiyası mütləqdir. Rusiya iki ildir Azərbaycanın birbaşa təmaslarına mane olur. Amma proseslər Azərbaycanın lehinə dəyişir.

Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfərində erməni icması ilə bağlı məsələlər müzakirə edilib. Görünür, Moskva Azərbaycanın şərtlərini qəbul edib. Bundan sonra Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin komandanlığı olmadan görüşə bilər.

Bu görüşlərdə Azərbaycanın ilk növbədə tələbi qanunsuz silahlı erməni birləşmələrinin ləğvidir. Bu proses baş tutarsa, separatizm tam iflasa uğrayacaq. Həmçinin Azərbaycan erməni icmasını elektirik və qazla təmin edə bilər. Çünki Ermənistandan buraya elektirik və qazın verilməsi qanunsuzdur”.

Siyasi şərhçi bildirib ki, Azərbaycanın erməni icması ilə təmaslar qurması Ermənistanın Qarabağ məsələsini sülh gündəliyinə salmasının qarşısını alır:

“Porseslər Azərbaycanın leyhinə işləyir. Qeyd edim ki, silahlı erməni birləşmələrinin ləğvi razılaşdırılacaqsa, Laçın yolunda etiraz aksiyaları sona çata bilər”.