İranla İsrail arasında gərginlik artdıqca, Yaxın Şərqdə silahlanma daha geniş vüsət almağa başlayıb. Tribunainfo.az xəbər verir ki, dünən ABŞ Sakit okeandakı ən böyük gəmisini Fars körfəzinə yönəldib.
Sözügedən gəmi həm havadan müdafiəni, həm də aktiv raket hücumları təşkil etmək gücündədir.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə bildirib ki, onlar İsraili müdafiə etmək üçün bütün imkanlarından istifadə edəcəklər. “Ağ Ev Yaxın Şərqdə müharibənin genişlənməsini istəmir. Lakin İsraili qorumaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik”.
Ostin İranın nə zaman İsrailə hücum edəcəyi barədə suala cavab olaraq deyib ki, onun spekulyasiya etmək fikri yoxdur.