Bir neçə gün əvvəl Sabunçu dəmir yolu stansiyasının ərazisində Bakı şəhər sakini Afat Vəliyevə zor tətbiq edərək 490 manat pulunu soyğunçuluq yolu ilə alan şəxs saxlanılıb. Bir neçə gün əvvəl Sabunçu dəmir yolu stansiyasının ərazisində Bakı şəhər sakini Afat Vəliyevə zor tətbiq edərək 490 manat pulunu soyğunçuluq yolu ilə alan şəxs saxlanılıb.
ARB TV xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi Sabunçu Xətt Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb.
Cinayəti törətməkdə şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı Musa İbrahimov tutulub.
Musa İbrahimov – Saxlanılan şəxs: “Biraz söhbət edəndən sonra dedi ki, gedək qıraqda söhbət edək. Dəmiryolunun sağ tərəfinə keçdik. Vurdum yıxıldı yerə. Başını qaldırıb söydü. Yenə vurdum, pulunu götürüb qaçdım”.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.