backend

“Başdaşında adını görüb hönkür-hönkür ağladı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi şeylər var ki, onu sənət naminə etmək lazımdır. 

Bəzi şeylər var ki, onu sənət naminə etmək lazımdır.

TİAZ.AZ xəbər verir ki bu sözləri ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı xalq artisti Faiq Ağayev deyib.

İxsasının aktyorluq olduğunu bildirən müğənni ən böyük istəklərindən birinin kinoya çəkilmək olduğunu söyləyib:

“Təhsilimə görə musiqili teatr aktyoruyam. Elə böyük rolda çəkilməmişəm, amma bu mənim böyük arzularımdan biridir. Alınmayıb deyə, qurdumu kliplərdə öldürdüm. Filmlərə dəvət alsam, məmnuniyyətlə çəkilərəm. Yəqin ki, bizim rejissorlar mənim qonorarımdan qorxurlar. Düşünürlər ki, Faiq Ağayevi çağırsalar çox pul istəyər. Amma elə bir şey yoxdur. Bəzi şeylər var ki, onu sənət naminə etmək lazımdır. Mən kliplərdə Məcnunu belə canlandırmışam. Xırda olsa da, dramatik rollar ifa etmişəm”.

F.Ağayev rejissor Ülviyyə Könüldən danışaraq, ona olan sevgisini dilə gətirib:

“Bizi onla tanış edəndə söylədilər ki, çox gözəl rejissordur və sənin mahnılarından xoşu gəlir. Elə tanışlıqlar olur ki, dost olmağa uzun müddət lazım olmur, qısa müddətdə insanlar bir-birinə öyrəşir. Ülviyyə bəlkə də həyatımın nadir sirdaşlarından biridir. Onunla işləmək mənə rahatdır. Bir çox kliplərimin ssenari müəllifi və rejissoru Ülviyyə Könül olub. Bundan əlavə konsertimin də rejissoru Ülviyyə Könül olub. Ən gülməli və dəhşətli səhnələrdən birisi “Aldatdı məni” klipində yaşanıb. Klipə görə qəbiristanlıqda çəkiliş olmalı idi. Kadra görə də başdaşı seçilməliydi. Ülviyyə başdaşı gəzəndə birdən dedi ki, “nə gəşəng, gəlin çəkək”. Sonra gördüm ki, hönkür-hönkür ağlayır. Gəlib gördüm başdaşına yazılıb, “Kərimova Ülviyyə”. Öz adını görəndə ağlamağa başlamışdı. Ən maraqlısı odur ki, biraz o tərəfdə də Ağayev Faiqin qəbirdaşı var idi”.