Basarkeçərin polis rəisi: “Niyə Qarabağdan çıxdınız? Bizim işimizə qarışmayın”

Basarkeçərin polis rəisi: “Niyə Qarabağdan çıxdınız? Bizim işimizə qarışmayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan DİN-in Geqarkunik (Basarkeçər) regional şöbəsinin rəisi Artur Mkrtçyanla Qarabağdan könüllü köçmüş fotojurnalist David Qahramanyan arasında insident yaşanıb. Tribunainfo.az xəbər verir ki, insidentə səbəb fotoreportyorun polisin işinə müdaxilə etməsi və sərhədlərlə bağlı lazımsız sual verməsi olub.
Polis rəisi Qarabağdan qaçmış fotojurnalistə deyib ki, əgər o, cəsarətli olsaydı Qarabağda qalardı. “Qarabağda qalardız. Niyə qaçdınız? İndi gəlib burda sərhəd davası edirsiniz. Bunun sizə heç bir dəxli yoxdur”.
Qeyd edək ki, bu hadisə Ermənistanda qalmaqala səbəb olub. Separatçılar və erməni müxalifəti polis rəisinin cəzalandırılmasını tələb edirlər.