“Basarkeçər bölgəsində kəndlər və məktəblər bir-bir boşalır. Bir çox məktəblər bağlanıb”. Tribunainfo.az xəbər verir ki, bu barədə Yerevan.today saytının baş redaktoru Sevak Hakobyan məlumat yayıb.
O bildirib ki, son bir-neçə ildə Basarkeçər bölgəsində 22 orta məktəb bağlanıb. “O kəndlərdə nəinki şagird tapa bilmirlər, heç yerli sakinlər də yoxdur. Hamısı evlərini tərk edərək, başqa yerlərə köçüblər”.
Akopyan qeyd edib ki, proses 2020-ci il müharibəsindən sonra başlayıb. Onun iddiasına görə, Azərbaycanla sərhəddə yerləşən bu məntəqənin boşaldılması səbəbsiz ola bilməz. “Paşinyan hökuməti azərbaycanlıları qarşılamağa hazırlaşır? Bu kəndlərin məhz onlar üçün boşaltdırır?”
Fərda Uğur










