Basarkeçərdə də demarkasiya başlanırbackend

Basarkeçərdə də demarkasiya başlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti yazır ki, bir neçə gündən sonra Qeqarkunik (Basarkeçər) rayonunda Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi başlayacaq. Tribunainfo.az xəbər verir ki, Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan bu barədə məlumatı təsdiqləyib.
Dünən o, sərhəddə yaşayan kənd sakinləri ilə görüşərək, onlara məlumat verib. O iddia edib ki, sərhədlərin müəyyənləşməsindən sonra Azərbaycan Ordusunun hazırda dayandığı mövqelərdən geri çəkiləcək. “Bölgədə sərhədin demarkasiyasını şəxsən özüm həyata keçirəcəm. Narahat olacaq heç nə yoxdur. Azərbaycanla aramızda heç bir problem olmayacaq”.
Qeyd edək ki, Azərbaycan Kəlbəcərlə sərhəddə yerləşən Basarkeçərdəki 12 mövqenin qanuni olaraq öz ərazisi olduğunu bildirib. Bununla bağlı Ermənistan tərəfinə lazım olan sənəd və xəritələri də çatdırdığına dair məlumatlar var. Erməni tərəfi isə həmin mövqeləri Azərbaycana vermək niyyətində olmadığını qeyd edib.
Sarkisyanın iddiasına gəlincə isə Azərbaycan Ordusu hazırda yerləşdiyi mövqedən bir addım da çəkilməyəcək. Bunu rəsmi Bakı dəfələrlə bəyan edib və bildirib ki, Azərbaycan Ordusu bir qarış da olsun Ermənistan ərazisinə daxil olmayıb.