“Başa düşdüm ki, ot mənlik deyil” – Videobackend

“Başa düşdüm ki, ot mənlik deyil” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xalq artisti Anna Netrebko narkotik istifadə etdiyini açıqlayıb.

 Tribunainfo.az xəbər verir ki, 52 yaşlı opera ifaçısı bunu Amsterdam şəhərində yoxlayıb və təcrübəsini izləyiciləri ilə bölüşüb.

“Qətiyyən xoş hiss yoxdur. Anlaya bilmirəm, insanlar bunu niyə özlərinə edir. Başım sadəcə ağırlaşdı, hər şey ləngidi. Heç bir gülüş yoxdur, nə “hi-hi”, nə “ha-ha”. Nə həyəcan var, nə bir şey. Sonra səs tellərimi yandırdım. Yaxşısı şərab və ya tekila içməkdir. Bir sözlə, mən başa düşdüm ki, ot mənlik deyil”, – deyə Netrebko bildirib.

Qeyd edək ki, A. Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazovla ailəli olub. Onlar bir müddət əvvəl 10 illik evliliklərini sonlandırıblar. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.