Baş verə biləcək böyük fəlakətdən sonra yalnız bu ölkələrdə… – İki ad açıqlandıbackend

Baş verə biləcək böyük fəlakətdən sonra yalnız bu ölkələrdə… – İki ad açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Alimlərin apardığı yeni bir araşdırma ilə mümkün nüvə fəlakətindən və ya nəhəng meteor zərbəsindən sağ çıxa biləcək ölkələr məlum olub.
Araşdıma zamanı tədqiqatçılar qida ehtiyatı, iqlim, özünü təmin etmək və istehsal gücü kimi amilləri nəzərə alıblar.

“The Guardian” qəzetinin xəbərinə görə, araşdırmada 38 ada ölkəsi nüvə müharibəsi və asteroid vurması kimi fəlakətlərdən sonra insanların sağ qalma ehtimalını təyin etmək üçün 13 fərqli başlıq altında araşdırılıb.
Buna uyğun olaraq qida istehsalı, enerjinin özünü təmin etməsi, istehsal və fəlakətin iqlimə əks olunması kimi mövzularda belə bir vəziyyətdə yaşamaq üçün ən yaxşı yerlərin Avstraliya və Yeni Zelandiyanın olduğuna diqqət çəkilib.
Tədqiqat, həmçinin Avstraliyanın böyük ərzaq ehtiyatları sayəsində on milyonlarla insanı qida ilə təmin etmək potensialına malik olduğunu ortaya qoyub. Bundan başqa, qeyd edilib ki, hətta ən pis ssenaridə belə Yeni Zelandiyanın məhsullarının 61 faiz azala biləcəyini, bununla belə, vətəndaşlara kifayət qədər ərzaq verilə biləcəyini söylədi.