Xaçmaz rayonunda, kənd ərazisində meşə zolağında topladıqları göbələkdən yedikləri üçün iki nəfər zəhərlənərək dünyasını dəyişib.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən baş toksikoloq Azər Maqsudov nələrə diqqət yetirməliyik və hansı səbblərdən göbələk zəhərlənməsi baş verdiyini bölüşüb.
Toksikoloqun sözlərinə görə, zəhərli göbələklər mövsümlə bağlı olur. yazda və payızda əsasən iki növ zəhərli göbələklər var ki, bu milçəkqırandır. Qırmızı papaqlı, ağ töqtəli olur. Digəri isə solğun əzvaydır. Bunlar papaqlı, uzunsov olur. Milçəkqıran solğun əzvaydan fərqlidir. Çünki solğun əzvay bir və 2 ədədi hardasa 10-15 nəfərin vəziyyətini pisləşdirib və ölümə səbəb ola bilər. Milçəkqıran isə baxmayaraq ki, o da zəhərli göbələklərdəndir amma solğun əzvay zəhərlənmə tərəfdən daha təhlükəlidir. Tərkibində zəhərli maddələr daha çoxdur.
Onun sözlərinə görə, təsiri ikinci, üçüncü sutkada başlayır. Statistikaya görə, 95-98 faiz qana sovrulduqdan sonra qabağını almaq çox çətindir.
Toksikoloq zəhərlənmənin əlamətlərini də sadaladı: Birinci əlamət qida zəhərlənməsi kimi ürəkbulanma, tək-tək hallarda qusma, qarın nahiyyəsində köp daha sonra isə bir neçə gün şikayətlər biruzə vermir. Sonra isə proqressiv, aqressiv şəkildə vəziyyət ağırlaşır. Həkimlərin səyinə baxmayaraq getdikcə vəziyyət pisləşir. Labarator göstəricilər birdən-birə yüksəlir.
“Xaçmazda baş verən hadisədə isə bir xəstə Xaçmazda səhər xəstəxanaya müraciət edib. Dəridə proqressiv şəkildə pisləşmə müşahidə olunub. Şikayətləri çoxalıb. Baxmayaraq ki, təcili yardımda müşahidə altına alınıb ancaq o maşında dünyasını dəyişib. İkinci xəstəni isə toksikologiya mmərkəzinə çatdırılmasına baxmayaraq, həkimlərin də çoxsaylı tədbirinə baxmayaraq gecə saatlarında dünyasını dəyişib.
Ümumiyyətlə belə hallar hər il olmur. 2,3 ildən bir, o da əsasən payız mövsümündə baş verir və göbələklərin çıxan vaxtına təsadüf edir. Çıxışlarımızda hər dəfə açıqlamışıq ki, kim göbələk növlərini tanımırsa qida kimi istifadə etməsin. Zəhərli göbələklərin tərkibində toksiki cəhətdən çox zəhərli bir maddə olan amanitin var. Bu maddə parçalanmır, nə qədər suda da, istidə də təsir etsən bu parçalanmır.
İlk yardıma gəldikdə isə qida məhsullarına xarakterik olaraq ilk öncə mədə təmizlənməlidir. Tədbirlər başlamalı, reanimasiya şəraitində tədbirlər davam etməlidir daha sonra isə spesifik avadanlıq qoşulmalıdır”.
Dəniz Pənahova