Baş redaktor Zaur Mirzəzadə ölkəmizin Birinci xanımı Mehriban Əliyevaya təşəkkür etdi.
Baş redaktor Zaur Mirzəzadə ölkəmizin Birinci xanımı Mehriban Əliyevaya təşəkkür etdi.
TİA.AZ-a verilən məlumata görə təcili ürək əməliyyatına ehtiyacı olan jurnalistin anası Esmira Mirzəyeva müalicə və əməliyyat xərclərini Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Məlumatda deyilir: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanıma təşəkkür edirik. Ürək xəstəliyindən əziyyət çəkən və təcili ürək-damar əməliyyatına ehtiyacı olduğu üçün Mehriban xanım Əliyevaya müraciət etdik, qısa müddət ərzində müraciətimizə cavab verildi və Mərkəzi Neftçilər Xəstəxanasında Tibb üzrə Elmlər Doktoru Rəşad Mahmudov uğurlu cərrahiyyə əməliyyatı keçirdi. Ailəmin adından Mehriban xanım Əliyevaya dərin təşəkkür edirəm! Ölkə başçımız cənab İlham Əliyev hər bir azərbaycanlının prezidentidir.Tanrı Sizin ailənizi qorusun!