Baş prokurordan təyyarə qəzası ilə bağlı YENİ AÇIQLAMA

Baş prokurordan təyyarə qəzası ilə bağlı YENİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə bütün aidiyyəti dövlət qurumları AZAL təyyarəsinin Aktuada qəzaya uğraması ilə bağlı səfərbər olunublar, öhdəliklərinə düşən vəzifələri yerinə yetirirlər.

Bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, prokurorluq olaraq ölkə rəhbərliyinin başçılığı ilə cinayət işi başlanıb.

“Həm Qazaxıstan, həm də Rusiyanın aidiyyəti qurumları – hüquq-mühafizə orqanları, prokurorluq xidmətləri ilə bununla bağlı birgə araşdırmalar aparılır. Bu faktla bağlı üç ölkədə – Rusiya, Qazaxıstan və Azərbaycanda cinayət işi başlanmışdır”, – K . Əliyev əlavə edib.