Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi hesabat verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində bu ilin I yarımili ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. 

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində bu ilin I yarımili ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

“Report”un məlumatına görə, Baş İdarənin rəisi, Baş prokurorun müavini Kamran Əliyev bildirib ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib, qurum əvvəlki illərdə olduğu kimi fəaliyyətini hesabat dövründə də uğurla davam etdirib.

O qeyd edib ki, hesabat müddətində Baş İdarə tərəfindən vətəndaşların 3656 müraciətinə baxılıb, həmçinin 125 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 75-i (60%) üzrə cinayət işi başlanıb, 50 (40%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2151 müraciət daxil olub, həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. 

Hesabat dövrü ərzində əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 2, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 6 olmaqla cəmi 8 cinayət işi başlanıb.

2017-ci ilin I yarımili ərzində Baş İdarədə dövlət və özəl sektorda çalışan 133 vəzifəli şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 26 aprel tarixli sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”çərçivəsində həyata keçirilmiş bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər öz bəhrəsini vermiş, korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin etmək məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib. 

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən “Konstitusiya Araşdırmalar Fondu”nun rəhbəri Əliməmməd Nuriyev və “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2017-ci ilin I yarımili ərzində gördüyü işləri müsbət dəyərləndiriblər.

Sonra QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.